“Azərpoçt” MMC 19-cu “ÜPİ Təsnifat Müsabiqəsi 2024”də iştirak edir


28.06.2024 193


2021-ci ildən başlayaraq, ölkəmizdə buraxılan bütün markalar Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Ümumdünya Filateliya İnkişafı Assosiasiyası (World Association for the Development of Philately – WADP) tərəfindən yaradılmış WADP Nömrələmə Sistemi (The WADP Numbering System – WNS) vasitəsilə qeydiyyata alınır. Bu da ölkəmizi təmsil edən “Azərpoçt” markalarının nüfuzunun daha da artmasına, beynəlxalq müsabiqə və sərgilərdə iştirak etməsinə imkan yaradır.

 

“Azərpoçt” MMC bu il 19-cu “ÜPİ Təsnifat Müsabiqəsi 2024”də iştirak edir. Azərbaycan markaları bu çərçivədə 16-19 apreldə Rumıniyanın Buxarest şəhərində keçirilmiş “EFIRO 2024”, 28-30 apreldə ABŞ-nin San-Fransisko şəhərində təşkil olunmuş “WESTPEX 2024”,  29 may – 1 iyunda Fransanın paytaxtı Parisdə keçirilmiş “PARIS PHILEX 2024” filateliya sərgisində nümayiş olunub. 

 

“Azərpoçt” 29 noyabr – 3 dekabrda Çinin Şanxay şəhərində təşkil ediləcək “ÇİN 2024” sərgisində də təmsil olunacaq.

 

Bununla da 2024-cü il ərzində təşkil olunan beynəlxalq sərgilərdə “Azərpoçt” markaları dünyanı “səyahət” edərək insanları maarifləndirməyə və Azərbaycanı layiqincə beynəlxalq səviyyədə təmsil etməyə davam edir.

 



Onlayn konsultasiya