“Azərpoçt” MMC “Əsrin müqaviləsi"nin 30-cu ildönümünə həsr olunan markalar buraxıb.


20.09.2024 286


Fəaliyyətə başladığı gündən bu günədək "Azərpoçt" MMC ölkədə və dünyada baş verən əlamətdar günləri, tarixi hadisələri və sosial çağırışları öz markaları üzərində təsvir edir.

 

Bu dəfəki markalar “Əsrin müqaviləsi"nin 30-cu ildönümünə həsr olunub.

 

Bu münasibətlə "Azərpoçt" tərəfindən 6 növdə poçt bloku hazırlanaraq dövriyyəyə buraxılıb. Markalar üzərində neft sənayesinin tarixi məqamları, eləcə də, neft platformaları və “Əsrin müqaviləsi 30 il” loqolu yazı öz əksini tapıb.

 

Həmçinin, bu il Neft Daşlarının 75 illik yubileyinə təsadüf edir. Bu yubiley münasibətilə "Azərpoçt" üzərində Xəzər dənizi və neft daşları əks olunan markanın da hazırlanaraq bu sislisəyə daxil edilməsinə xüsusi önəm verib.

 

Qeyd edək ki, markalar rəssam Orxan Qarayev və dizayner Günel İsgəndərov tərəfindən işlənərək hazırlanıb.

 

 



Onlayn konsultasiya