Bu gün - 27 sentyabr Azərbaycanda “Anım Günü”dür!


27.09.2024 116


“Azərpoçt” kollektivi hər il olduğu kimi bu il də 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsini uca tutaraq II Fəxri Xiyabanı ziyarət edib. 
 
Həmçinin, “Azərpoçt”un əməkdaşı şəhid Rəşad İlqar oğlu Rəhimovun məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
 
Xatırladaq ki, Rəşad Rəhimov 2020-ci il noyabr ayının 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 
 
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən bu gündə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi qürurla yad edilir. 
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 


Onlayn konsultasiya