"Azərpoçt” MMC Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyi arasında fəaliyyətlərinin 10 illiyi münasibətilə marka buraxılışını həyata keçirib.
26.10.2024
275
"Azərpoçt” MMC Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin fəaliyyətinin 10 illiyi münasibətilə marka buraxılışını həyata keçirib.
Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyi arasında fəaliyyətlərinin 10 illiyi münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində yubiley münasibətilə "Azərpoçt" MMC ilə birgə buraxılmış poçt markasının təqdimatı baş tutub.
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalero Bakıda səfirliyin açılmasının ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə çıxış edən “Azərpoçt”un İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev 1991-ci il, 18 oktyabrda Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqilliyini qısa bir zaman içərisində Latın Amerikasında tanıyan ilk dövlətin Meksika olduğunu qeyd edib: “Okeanın o tayından bu tayına göstərilən siyasi hörmətin nəticəsidir ki, bu gün bu iki dövlətin bir-birilə münasibətləri hələ də xoşməramlıdır və bizim kimi təşkilatların da simasında bu məram davam etdirilir.”
Xanım Viktoriya Romero və cənab İsi Mustafayev tərəfindən birgə “söndürülən” markalarda hər iki xalqa məxsus milli-mədəni dəyərlər ortaq şəkildə təqdim olunub; belə ki, markanın üzərində Meksika və Azərbaycan mətbəxinin iki mühüm elementi - tako və qutab, fonda isə iki ölkənin ənənəvi naxışları təsvir olunub.