“Azərpoçt” MMC Ümumdünya Şəhər Forumunda təmsil olunub
22.11.2024
43
Hər iki ildən bir dünyanın müxtəlif ölkələrində təşkil olunan Ümumdünya Şəhər Forumu urbanizasiya üzrə ilk qlobal konfrans olub, davamlı urbanizasiya problemlərini müzakirə etmək üçün dünyanın hər yerindən geniş iştirakçı kütləsini bir araya gətirir.
Qeyd edək ki, bu il Misirin paytaxtı Qahirə şəhərində təşkil olunan 12-ci Ümumdünya Şəhər Forumunda “Azərpoçt” MMC də təmsil olunub.
Belə ki, “Azərpoçt”un İdarə Heyətinin üzvü vəzifəsini icra edən Elşən Adıgözəlov tədbirdə çıxış edib və sürətli urbanizasiyanın poçt sektoruna təsirindən söz açaraq bildirib: “Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını azaltmaq və sıfır emissiya zonası yaratmaq kimi cəsarətli hədəfləri ilə yaşıl enerji sahəsində nümunəvi ölkədir. Strateji innovasiyalar sayəsində "Azərpoçt" tullantıların azaldılması, rəqəmsal xidmətlərin genişləndirilməsi və yaşıl infrastrukturun yaradılması ilə poçt sektorunda davamlı gələcəyin konsepsiyası planını inkişaf etdirir.”
Sevinc hissi ilə bildirmək istərdik ki, 2026-cı ildə baş tutacaq növbəti Ümumdünya Şəhər Forumuna Azərbaycan ev sahibliyi edəcək.
İnanırıq ki, “Azərpoçt” MMC-nin bu istiqamətdə atdığı addımlar bu gün dünyanın üzləşdiyi ən aktual problemlərindən biri olan sürətli urbanizasiya və onun şəhərlərə, iqtisadiyyatlara, eləcə də iqlim dəyişikliyinə öz müsbət töhfəsini verəcək.