news-detail

AZN/USD/EUR/RUB

Komissiya haqqı – 1% - 2%
Valyuta – manat, ABŞ dolları, avro və rubl
Maksimal məbləğ – 20 000 USD / EUR/ 600 000 RUR
Köçürmə müddəti – 1-10 dəqiqə
Əhatə dairəsi – MDB ölkələri, Yaxın və Uzaq Xarici ölkələr

Contact təcili pul köçürmə sistemi üzrə Tariflər

 

Pul göndərmək üçün tələb olunur:

1. Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək(Ölkə vətəndaşları üşün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici pasport nəzərdə tutulur);

2. Pul köçürməsi göndəriləcək ölkəni, şəhəri, bankı, məbləği, göndəricinin soyadını, adını və ata adını bildirmək;

3. Göndəriləcək məbləği və köçürülmə üçün komissiyanı (tariflərə uyğun olaraq müəyyən edilir) poçt operatoruna təqdim etmək;

4. Göndərilməsi nəzərdə tutulan köçürmənin ərizə formasında qeyd edilən məlumatları yoxlamaq;

5. Məlumatlar düzgün olduğu halda, göndərilməsinə icazə verərək müvafiq sənədləri imzalamaq;

6. Poçt əməkdaşı tərəfindən sizə təqdim olunan unikal nömrə  və məbləğ  barədə alıcıya məlumat verərək,  qarşı tərəfdə  “Contact” pul köçürmə sistemi ilə göndərilən pulu  ala biləcəyi bank ünvanlarını  bildirmək.

 

Pul almaq üçün tələb olunur:  

1. Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək (Ölkə vətəndaşları üşün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici pasport nəzərdə tutulur);

2. Poçt operatoruna köçürmənin nömrəsini bildirmək;

3. Köçürmənin məbləğini,  ölkəsini və göndəricinin soyadını, adını və ata adını adını demək.

 

Xüsusi şərtlər:

Pul köçürmələri Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun həyata keçirilir (Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər üçün valyuta əməliyyatları haqqında Qaydalar)

Fiziki şəxslər gün ərzində 1 000 (min) USD, ay ərzində isə 10 000 (on min) USD ekvivalentini aşmamaq şərti ilə hesab açmadan pul köçürməsi göndərə bilər;

Fiziki şəxslər 1 000 USD-dən artıq köçürmə  göndərmək üçün “Azərpoçt” MMC-nin müştəri xidmətləri şöbələrinə müraciət etməlidir. Birinci dərəcəli qohumluq haqqında müvafiq sənədləri təqdim etdiyinzdə sizin adınıza cari hesab açılaraq, pul köçürülə bilər.