Azərbaycandan göndərilməsi şərti icazəli mallar
 
• baytarliq təbabətində tətbiq olunan dərmanlar, baytarliq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarliq İdarəsi Fitosanitar nəzarəti xidmətinin rəsmi icazəsi olduqda, 
• bədii, tarixi, elmi əhəmiyyət kəsb edən və başqa qiymətli mədəni əşyalar (o cümlədən 1965-ci ilə qədər Azərbaycanda və xaricdə buraxılmış kütləvi istehsal məhsulu olmayan əşyalar, əllə toxunmuş xalçalar, xalça məmulatları, büllur, çini və saxsı qabları, musiqi alətləri, təsviri sənəd əsərləri və s.) – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi icazəsi olduqda, 
• zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi icazəsi olduqda.