Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
6 May 2013

AzərpoçtMMC və Təhsil Nazirliyi ölkəmizin məktəbliləri arasında 42-ci beynəlxalq epistolyar inşa müsabiqəsini təşkil etmişdir

 

“Azərpoçt”MMC və Təhsil Nazirliyi  Ümumdunya Poçt İttifaqının xətti ilə 2012-2013-cü illər üzrə ölkəmizin məktəbliləri arasında 42-ci beynəlxalq epistolyar inşa müsabiqəsini təşkil etmişdir.

1969-cu ildə Tokio konqresində əsası qoyulmuş epistolyar inşa müsabiqəsi Ümumdünya Poçt İttifaqı tərəfindən bu il 42-cı dəfədir ki keçirilir. Azərbaycan Poçt Müdiriyyəti bu müsabiqədə 2001-ci ildən iştirak etməyə başlamışdır və artıq 12-ci dəfədir ki, bu müsabiqəni keçirir. Müsabiqənin şərtlərinə əsasən ÜPİ-nin üzvü olan 191  ölkədə bu müsabiqə keçirilir və qalib yazılar 30 aprel tarixindən gec olmayaraq ÜPİ-nin Beynəlxalq Bürosunun ünvanına göndərilir. Beynəlxalq Büro tərəfindən həmin inşa yazıları toplanır və YUNESKO tərəfindən təşkil olunmuş münsiflər heyətinə təqdim edilir. Münsiflər heyəti isə 3 (üç) ən yaxşı qalibi və 5 (beş) laureatı müəyyən edir. Qaliblərə müvafiq olaraq Beynəlxalq Büronun sifarişi ilə hazırlanmış qızıl, gümüş və bürünc medallar və hədiyyələr, laureatlara isə xüsusi prizlər və hədiyyələr verilir.

Bununla əlaqədar olaraq 3 (üç) mövzu ilə inşa müsabiqəsinə start verilərək birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu Təhsil Nazirliyi  və və üçüncü mövzu isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təklif edilmişdir.

Müsabiqənin mövzuları və mükafat fondu aşağıdakı kimidir:

1. Kiməsə məktub yaz və izah et ki, nəyə görə su qiymətli həyat mənbəyidir

      (15 yaşa qədər olan məktəblilər) -ÜPİ-nin təqdim etdiyi mövzu

2. Ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir. (ulu öndərimiz H.Əliyev) -Azərpoçt” MMC-nin  təqdim etdiyi mövzu

3. Vətən qəhrəmanları ilə tanınır. -Təhsil Nazirliyinin təqdim etdiyi mövzu

Müsabiqənin  nəticələrinə  əsasən  müsabiqədə 40057 ədəd  inşa yazısı iştirak etmişdir. Daxil olmuş   bütün  inşa yazıları  müsabiqənin  şərtlərinə görə   “Azərpoçt” MMC-nin  Poçt Filiallarına göndərilmiş, yerli Təhsil İdarələrinin müəllimləri tərəfindən  yoxlanılmış, hər bir mövzu üzrə 2 qalib olmaqla hər PF-dən 6 qalib inşa yazısı  “Azərpoçt” MMC-yə təqdim edilmişdir. Həmin inşa  yazıları Bakı Baş Təhsil idarəsi tərəfindən bir daha yoxlanılaraq  “yaxşıların yaxşısı”  seçilmiş və  30  nəfər qalib  müəyyən edilmişdir. ÜPİ-nin təqdim etdiyi mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə göndərilmişdir. Müsabiqənin qalibləri pul mükafatı, qiymətli hədiyyələr və fəxri fərmanla təltif olunmuşlar.

Müsabiqənin qalibləri:

-  I yerin qalibləri:

Cəbrayılova Ceyla Elçin qızı –“Araz”ekologiya litseyi, 291li məktəbin VIII sinif şagirdi (I mövzu üzrə  inşası ÜPİ-yə göndərilmiş olan qalib)

Abbaszadə Aytac Abbas qızı  - Abşeron rayonu, 2 saylı tam orta məktəbin VIII b sinif şagirdi

Vaqifzadə Bəxtiyar Bəhruz oğlu- Qax şəhəri, 2 saylı tam orta məktəb-litseyin XI sinif şagirdi

-II yerin qalibləri:

Abdullayeva Əsmər Əbülfəz- Ucar şəhəri, 1 li Texniki-Humanitar litseyin VIII a sinif şagirdi

Abduləzimli Aygün Nəsib qızı-  Qazax rayonu, Kosalar kəndi, VIII sinif şagirdi

Mehdizadə Famil Əli oğlu- Mingəçevir şəhəri, 10li tam orta məktəbin  X a sinif şagirdi

Məmmədova Əfsanə Məhəmməd qızı-  Sumqayıt çəhəri, 2 li tam orta məktəbin VIII a sinif şagirdi 

Batıyeva Nərmin Seymur qızı  -  Ağstafa rayonu,  Yenigün kənd tam orta məktəbin VIII sinif şagirdi

Dünyamalıyeva Aynur Ədalət qızı- Sabunçu rayonu, 215 li məktəbin  X sinif şagirdi

-III yerin qalibləri:

Quliyev-Qafqazlı Mehsin Elçin oğlu-  Səbayel rayonu, 132-134 saylı təhsil kompleksi, VII a  sinif şagirdi

Bekerov Eldar  Vaqif oğlu- Qusar şəhəri, 1 saylı tam orta məktəbin IX a sinif şagirdi

Əlişova Sevda Mail qızı- Masallı rayonu, Binə Xocavar kənd tam orta məktəbin X sinif şağirdi

Cəfərova İlhamə Fəramiz qızı-   Gəncə şəhəri, 19li tam orta məktəbin IX sinif şagirdi

Abbaszadə Aytac Sevan qızı-Ağcabədi rayonu, M.F.Axundov  adına məktəb , VII b sinif şagirdi

Məmmədova Dilarə Rəmzi  qızı- Beyləqan rayonu, 2 li tam orta məktəbin VI sinif şagirdi

Vahabzadə Mahmud İlqar oğlu- Ağdaş şəhəri, M.İsayev adına tam orta məktəbin XI sinif şağirdi

İsmayılova Gülnar Ruslan qızı-  V.İbrahim adına 35 li tam orta məktəbin VIII b sinif şagirdi

Ağamalıyeva Təranə Famil qızı - Şirvan  şəhəri, 9 li tam orta məktəbin  XI a  sinif şagirdi

-IV yerə (Həvəsləndirici) layiq görülmüş  qaliblər:

İmanova Səbinə Elşən qızı- Binəqədi rayonu, 276li orta məktəbin VII a sinif şagirdi

Vəliyeva Nərgiz Rövşən qızı-  Yasamal rayonu, 21li orta məktəbin VII a sinif şagirdi

Yusifova Aygün Hafiz qızı- Xəzər rayonu, 183li tam orta məktəbin  VIII b  sinif şagirdi

Əhmədov Rəşad Səfər oğlu- Nəsimi rayonu, 151li  tam orta məktəbin  VII b sinif şagirdi  

Həsənova Elnarə Faiq qızı- Astara rayonu, 1 saylı tam orta məktəbin VIII   sinif şagirdi

Aslanova Lamiyə Aydın qızı – Şəmkir rayonu, Dəllər-Cəyir kənd  tam orta məktəbin X b sinif şagirdi

Səmidova Seyidzəhra Yunis qızı-  Sabirabad rayonu, Surra kənd orta məktəbinin IX a sinif şagirdi

Hacızadə Aytac Habil  qızı -  Füzuli  rayonu, 1 li tam orta məktəbin VIII b sinif şagirdi   

Qənbərli Şəhla Elşən qızı-  Göygöl  rayonu,  Balçılı kəndi  1 saylı  orta məktəbin  IX sinif şagirdi

Aslanova Zülfiyyə Rüstəm qızı-  İmişli  rayonu,  Xoşçoban kənd tam orta məktəbin XI sinif şagirdi

Ömərova Mələkxanım Vüqar qızı- Xaçmaz  rayonu, Uzunoba  kəndi, Z.Abdullayev adına  tam orta məktəbin  VI sinif şagirdi

Səmədova Nərmin Natiq qızı-  Suraxanı rayonu, 114 li tam orta məktəbin VII a sinif şagirdi

 







21 Nov 2018 Robot və dronlar yürüşü
İKT LAB və AREA-nın birgə təşkilatçılığı ilə uşaqlar və gənclər üçün Robot və dronlar yürüşü adlı çox əyləncəli və maraqlı seminar keçiriləcəkdir.
ətraflı >>

20 Nov 2018 Prezident poçt layihəsinin təntənəli tədbirində iştirak etdi
Noyabr ayınının 19-da Azərbaycan prezidenti İlham Əliyevin Minskə rəsmi səfəri çərçivəsində Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 25-ci il dönümünə həsr olunan birgə poçt layihəsinin təntənəli tədbiri keçirilib.
ətraflı >>

19 Nov 2018 "Azərpoçt" MMC HUB-la 16 ölkəyə 4 mln 171 min 645 ədəd poçt göndərib
Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması və Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb.
ətraflı >>

16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

16 Nov 2018 Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bərdə şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>



Alış Satış
1.9150 1.9500
1.6980 1.7020
0.0252 0.0259
GBP 2.1450 2.1950
SDR 1 SDR 2,3587