Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
25 Apr 2014

Azərbaycan poçt rabitəsi üzrə beynəlxalq tədbirlərdə iştirak edəcək.

 Mayın 13-15-də Daşkənddə (Özbəkistan) Regional Rabitə Birliyinin Poçt rabitəsi üzrə komissiyasının və RRB-nin Poçt rabitəsi operatorlar şurasının 37/26-cı iclası və Ümumdünya Poçt İttifaqının “Avropa və MDB ölkələrində logistik xəttin təkmilləşdirilməsi və xidmətin keyfiyyəti” Strateji regional layihənin açılması üzrə beynəlxalq seminarlar keçiriləcək.
 
Belə ki, sözügedən iclasda ÜPİ-nın 25-ci Konqresinin qərarlarının reallaşdırılması məsələlərinin müzakirəsi,  Poçt İstismarı Şurasının sessiyasının nəticələrinə baxılması, Regional Rabitə Birliyinin Poçt rabitəsi üzrə komissiyasının və RRB-nin Poçt rabitəsi operatrolar şurasının rəhbər vəzifələrinə seçkilərin keçirilməsi nəzərdə tutulub.

Ümumdünya Poçt İttifaqının “Avropa və MDB ölkələrində logistik xəttin təkmilləşdirilməsi və xidmətin keyfiyyəti” Strateji regional layihənin açılması üzrə beynəlxalq seminarda 2009-2012-ci illərdə və 2014-2016-cı illərdə xidmətin keyfiyyəti üzrə layihələr müzakirə ediləcək logistik xətt (standartlar, istismar və hesablamalar) təqdim ediləcək.

Tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədov,  "Azərpoçt" MMC-nin Keyfiyyətə nəzarət şöbəsinin rəisi Novruz Qalayev, "Azərexpresspoçt" RM-nin rəis müavini Ağakazım Məmmədov iştirak edəcək.







21 Nov 2018 Robot və dronlar yürüşü
İKT LAB və AREA-nın birgə təşkilatçılığı ilə uşaqlar və gənclər üçün Robot və dronlar yürüşü adlı çox əyləncəli və maraqlı seminar keçiriləcəkdir.
ətraflı >>

20 Nov 2018 Prezident poçt layihəsinin təntənəli tədbirində iştirak etdi
Noyabr ayınının 19-da Azərbaycan prezidenti İlham Əliyevin Minskə rəsmi səfəri çərçivəsində Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 25-ci il dönümünə həsr olunan birgə poçt layihəsinin təntənəli tədbiri keçirilib.
ətraflı >>

19 Nov 2018 "Azərpoçt" MMC HUB-la 16 ölkəyə 4 mln 171 min 645 ədəd poçt göndərib
Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması və Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb.
ətraflı >>

16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

16 Nov 2018 Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bərdə şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>



Alış Satış
1.9150 1.9500
1.6980 1.7020
0.0252 0.0259
GBP 2.1450 2.1950
SDR 1 SDR 2,3587