Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
1 fev 2018

Azərpoçtun yeni Debit MasterCard plastik kartları ilə edilən onlayn alış-veriş daha ucuz başa gələcək

“Azərpoçt” MMC ilk dəfə “Debit MasterCard” ödəniş kartlarının emissiyasına başlayıb.

İlk etapda 20 min kartın personallaşdırılması nəzərdə tutulub.

“Debit MasterCard” - debit məhsulu olaraq, MasterCard Beynəlxalq Ödəniş Sistemi tərəfindən yaradılıb. Sistemin əsas üstünlüyü “Debit MasterCard”ın pos-terminallarda əməliyyatların həyata keçirilməsində, elektron ticarət zamanı bir çox saytlarda əməliyyatların icrasına imkan yaratmasıdır. Bu kartların texniki üstünlüyü isə  kontaktsız əməliyyatları dəstəkləməsidir. Bu tip kartlarla həyata keçirilən əməliyyatlar zamanı müştərilərin kart hesabına tətbiq olunan rüsumlar digər kart tiplərinə nisbətən daha ucuzdur.

Hər bir fiziki şəxs “Debit MasterCard” tipli ödəniş kartını əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlərlə “Azərpoçt” MMC-nin müştəri xidmətləri şöbələrinə müraciət edə bilər. Kartı əldə edən istənilən korporatıv və fərdi müştəri üçün rüsumlar 1 illik-10 AZN, 2 illik -18 AZN, 3 illik -24 AZN təşkil edir.

 

“Azərpoçt” MMC ilə əmək haqqı layihəsində iştirak edən müəssisələrin əməkdaşları üçün rüsumlar 1 illik-8 AZN, 2 illik- 15 AZN, 3 illik -21 AZN-dir.







13 Jul 2018 "Poçtap" layihəsi çərçivəsində 312 itirilmiş sənəd sahibinə geri qaytarılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

13 Jul 2018 NRYTN-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib
Nazirlər Kabineti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısını təsdiq edib.
ətraflı >>

11 Jul 2018 Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib.
ətraflı >>

10 Jul 2018 Ukrpoçta mobil əlavəni işə salıb
Ukrpoçta iOS əməliyyat sistemi üçün özünəməxsus mobil əlavəni işə salıb. İndi bütün arzu edənlər öz smartfonundan ölkənin baş poçtuna çıxış əldə edə biləcəklər. Proqramın yaradılması üzərində Ukrpoçta komandası və marketinqin digitallaşdırılması üzrə tərəfdaşı D2 İT-şirkəti çalışıb.
ətraflı >>

8 Jul 2018 8 iyul Rusiyada poçtun yarandığı gündür
Rusiyada hər il iyulun ikinci bazar günü qeyd olunan poçt rabitəsi işçilərinin peşə bayramıdır. Rusiya poçtunun tarixi min ildən artıqdır. Poçt haqqında qeydlərə min il əvvəlki yazılı abidələrdə rast gəlinir, lakin dövlət nizamlı poçt rabitəsi Böyük Pyotrun islahatlarından başlanır.
ətraflı >>

7 Jul 2018 Hərbi dəniz admiralları şərəfinə marka buraxıldı
2018-ci il iyulun 7-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusda yetişmiş hərbi-dəniz donanması admiralları silsiləsindən dörd poçt markasını və bloku dövriyyəyə buraxıb.
ətraflı >>

5 Jul 2018 Helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş ştempel dövriyyəyə buraxılır
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il iyulun 9-da helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş xüsusi xatirə tədbirinin keçirilməsi üçün istifadə olunacaq xüsusi xatirə ştempelini dövriyyəyə buraxır.
ətraflı >>

29 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşüb
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar şəhərində görüş keçirib.
ətraflı >>

26 Jun 2018 "Əsgərə məktub" aksiyası bitti
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi \"Azərpoçt\" MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş \"Əsgərə məktub\" adlı aksiya başa çatıb.
ətraflı >>

25 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 29-u 12:00-da Qusar şəhərində vətəndaşları qəbul edəcək.
ətraflı >>



Alış Satış
1.9750 2.0050
1.6970 1.7010
0.0268 0.0272
GBP 2.2300 2.2800
SDR 1 SDR 2,3834