Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
11 May 2018

Poçtap layihəsi çərçivəsində 885 sənəd tapıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 1 (2 mart 2017 ) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. 

Bu günə qədər Azərpoçtun filial və şöbələrində 885 sənəd qəbul olunub. Sahibinə çatdırılan sənədlərin sayı 282, aidiyyatı üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 555-dır. Hal hazırda poçt filialları və şöbələrində  48 sənəd sahibini gözləyir.                          

Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyati üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna  ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə  bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və şəxsin kontaktları tapılarsa, həmin şəxslə əlaqə yaradılır. 

Sənədini itirmiş şəxs  “Poçtap” xidmətinin internet səhifəsindən - http://www.pochtap.az, “155” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb tapılmamasını öyrənə və tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər.

Belə ki, http://www.pochtap.az internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək itirilən sənəd barədə elan yerləşdirmək mümkündür.

Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür.

Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş “155” Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.

 “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət haqqı ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür.

Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır 

 







21 Sep 2018 Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Qazax şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

20 Sep 2018 Çinlə birgə növbəti elektron ticarət platformasının yaradılması təklif olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ətraflı >>

19 Sep 2018 Nazir Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, dövlət qulluğu və idman üzrə federal naziri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ətraflı >>

18 Sep 2018 Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Tədbirdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib, Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
ətraflı >>

18 Sep 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlarla görüş Qazax rayonunda saat 12:00-da keçiriləcək.
ətraflı >>

13 Sep 2018 Peterburq ali kino məktəbinin 100 illiyi şərəfinə bədii zərf buraxılıb
Rusiya Poçtu Sankt-Peterburq dövlət kino və televiziya institutunun 100 illiyinə həsr olunmuş bədii markalı zərfi poçt dövriyyəsinə buraxıb.
ətraflı >>

10 Sep 2018 Belarusun şəhərləri markalarda, Qrodno
Sentyabrın 14-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusun şəhərləri silsiləsindən Qrodno poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

9 Sep 2018 İkinci Növbədənkənar Ümumdünya Poçt Konqresi başa çatıb
3 günlük konqresdə Ümumdünya Poçt İttifaqının üzvü olan ölkələr poçt sektorunun gələcək inkişafına dair mühüm məsələlər nəzərdən keçirilib, qərarlar qəbul edilib.
ətraflı >>

7 Sep 2018 Kosmos və kosmik uçuşların sirrləri poçt markasında
Sentyabrın 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Kosmik uçuşların iştirakçıları Assosiasiyasının 31-ci Beynəlxalq Konqresi poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

6 Sep 2018 Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam!
Sentyabr ayının 7-də Respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>



Alış Satış
1.9900 2.0100
1.6990 1.7030
0.0252 0.0257
GBP 2.2150 2.2450
SDR 1 SDR 2,3880