Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
22 May 2018

Gürcüstan Poçtu Avropanın ən yaxşı poçt şirkətləri onluğuna daxildir

Gürcüstan Poçtu Dövlət Şirkəti Premium dərəcəli beynəlxalq poçt xidməti birliyi (EMS) Şurasına seçkilərdə qalib gəlib. Səsvermə İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının baş ofisində keçirilib. Bu barədə Gürcüstan Poçtunun rəsmi saytında məlumat verilir. Səsvermədə iştirak edən Ümumdünya Poçt İttifaqının 180 üzvü Gürcüstan poçtunun xidmət keyfiyyətini yüksək qiymətləndiriblər. Gürcüstan Poçtu ndan bildirilir ki, 2016-cı ildə həyata keçirilmiş yenidən təşkil nəticəsində ölkədə xidmətin keyfiyyət göstəricisi 2012-ci ildən etibarən xeyli yüksəlib. 2017-ci ildə Gürcüstan Poçtu çatdırma keyfiyyətinin ən yaxşı göstəricilərinə malik Avropa ölkələri onluğuna daxil olub. EMS birliyi 1999-cu ildə Ümumdünya Poçt İttifaqı tərəfindən yaradılıb və öz məşvərətçi orqanına malik müstəqil təşkilatdır. Gürcüstan EMS birliyinə 2001-ci ildə qoşulub. Gürcüstan Poçtu şirkəti Gürcüstan İqtisadiyyat Nazirliyinin yanında yaradılıb. Bu gün şirkətin bütün ölkə üzrə 82 xidmət mərkəzi mövcuddur. 1993-cü ildən etibarən Gürcüstan Ümumdünya Poçt İttifaqının üzvüdür. Tbilisidə ilk poçt kontoru 1805-ci ildə açılıb.







13 Jul 2018 "Poçtap" layihəsi çərçivəsində 312 itirilmiş sənəd sahibinə geri qaytarılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

13 Jul 2018 NRYTN-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib
Nazirlər Kabineti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısını təsdiq edib.
ətraflı >>

11 Jul 2018 Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib.
ətraflı >>

10 Jul 2018 Ukrpoçta mobil əlavəni işə salıb
Ukrpoçta iOS əməliyyat sistemi üçün özünəməxsus mobil əlavəni işə salıb. İndi bütün arzu edənlər öz smartfonundan ölkənin baş poçtuna çıxış əldə edə biləcəklər. Proqramın yaradılması üzərində Ukrpoçta komandası və marketinqin digitallaşdırılması üzrə tərəfdaşı D2 İT-şirkəti çalışıb.
ətraflı >>

8 Jul 2018 8 iyul Rusiyada poçtun yarandığı gündür
Rusiyada hər il iyulun ikinci bazar günü qeyd olunan poçt rabitəsi işçilərinin peşə bayramıdır. Rusiya poçtunun tarixi min ildən artıqdır. Poçt haqqında qeydlərə min il əvvəlki yazılı abidələrdə rast gəlinir, lakin dövlət nizamlı poçt rabitəsi Böyük Pyotrun islahatlarından başlanır.
ətraflı >>

7 Jul 2018 Hərbi dəniz admiralları şərəfinə marka buraxıldı
2018-ci il iyulun 7-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusda yetişmiş hərbi-dəniz donanması admiralları silsiləsindən dörd poçt markasını və bloku dövriyyəyə buraxıb.
ətraflı >>

5 Jul 2018 Helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş ştempel dövriyyəyə buraxılır
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il iyulun 9-da helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş xüsusi xatirə tədbirinin keçirilməsi üçün istifadə olunacaq xüsusi xatirə ştempelini dövriyyəyə buraxır.
ətraflı >>

29 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşüb
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar şəhərində görüş keçirib.
ətraflı >>

26 Jun 2018 "Əsgərə məktub" aksiyası bitti
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi \"Azərpoçt\" MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş \"Əsgərə məktub\" adlı aksiya başa çatıb.
ətraflı >>

25 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 29-u 12:00-da Qusar şəhərində vətəndaşları qəbul edəcək.
ətraflı >>



Alış Satış
1.9750 2.0050
1.6970 1.7010
0.0268 0.0272
GBP 2.2300 2.2800
SDR 1 SDR 2,3834