Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
3 Dec 2018

Azərbaycan-Rusiya rabitə operatorlarının görüşü keçirilib

Bu gün rabitə operatorlarının rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib. Görüşə Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Rusiya Federasiyasının Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müşaviri Mixayıl Mamonov başçılıq edib.

Tədbirdə Azərbaycan və Rusiya tərəfindən mobil rabitə və telekommunikasiya şirkətlərinin rəhbərləri, eləcə də səlahiyyətli şəxsləri iştirak edib.
Görüşdə mobil rabitə, telekommunikasiya və poçt sahəsində Azərbaycan-Rusiya arasında səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub.

Mobil rabitənin keyfiyyətinə nəzarət, beynəlxalq rouminq tariflərinin aşağı salınması, hər iki ölkənin mobil operatorlarının birgə koordinasiyalı fəaliyyəti və bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə bir daha Rusiyaya məxsus mobil operatorların Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətinin qarşısının alınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin tam həcmdə, yüksək keyfiyyətli birbaşa kanallarla ötürülməsi qeyd edilib.

Poçt sahəsində elektron ticarət mübadiləsinin genişləndirilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində də danışıqlar davam etdirilib. Mobil rabitə şəbəkələrində beynəlxalq telefon trafikinin qanunsuz istifadəsinin qarşısını almaq üçün SİM-box qurğuları ilə birgə mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.







13 Dec 2018 12 tikilidən ibarət Dimitrov Kremli muzey-qoruğu şərəfinə marka dövriyyədə
Rusiya poçtu Dimitrov Kremli muzey-qoruğunun 100 illiyinə həsr olunan markanı poçt dövriyyəsinə buraxıb. Əlavə olaraq, bu gün Moskva və Dmitrova Moskva vilayəti üçün İlk gün zərfi hazırlanıb, üzərinə xüsusi həkketmə həyata keçirilib.
ətraflı >>

13 Dec 2018 Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sabah saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Dec 2018 Qazaxıstan teatr sənəti. Yermek Serkebayev markası poçt dövriyyəsində
Qazaxıstan Poçtu Qazaxıstan teatr sənəti. Yermek Serkebayev markasını poçt dövriyyəsinə buraxıb. Poçt markasının üzərində Yermek Serkebayevin portreti əks olunub. Layihənin dizayn rəssamı S. Marşaldı. Markanın tirajli 10 min nüsxə təşkil edir.
ətraflı >>

11 Dec 2018 Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş poçt markası
BMT-nin Uşaq Fondu (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr etdirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərmarka MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.
ətraflı >>

11 Dec 2018 Çingiz Aytmatovun 90 illiyinə həsr olunan poçt markası dövriyyədə
Qırğızıstan İnformasiya Kommunikasiya Texnologiyalar Dövlət Komitəsi Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun (1928 - 2008) 90 illiyinə həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Orijinal markada Çingiz Aytmatovun portreti əks olunub.
ətraflı >>

10 Dec 2018 ePttAVM.com Azərbaycan bazarına daxil olur
Azərbaycanda türk məhsullarının satışı PTT və Azərpoçt vasitəsilə həyata keçiriləcək. Qarşıdakı aylarda ePttAVM.com sistemindəki məhsulları azərbaycanlı istehlakçılar üçün satışa çıxarılacaq.Məhsullar Bakıya qədər PTT vasitəsi ilə, Bakıda isə Azərpoçt vasitəsi ilə operativ şəkildə istehlakçıların ünvanlarına çatdırılacaq.
ətraflı >>

7 Dec 2018 Azərpoçt MMC Rusiya poçtu ilə memorandum imzalayıb
Bakutel-2018 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Rusiya poçtu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.
ətraflı >>

6 Dec 2018 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır
Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirmişdir. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur. 1881-ci il 6 dekabr tarixində isə Nobel qardaşları cəmiyyəti tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilmişdir.
ətraflı >>

6 Dec 2018 Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi
6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti Şəbəkə xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir.
ətraflı >>

5 Dec 2018 Qar qız poçt markasında
DekabrIN 4-də Rusiya poçtu Yeni il bayramına həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Poçt markasının üzərində qış meşəsi və Qar qız təsvir olunub.
ətraflı >>



Alış Satış
1.9100 1.9400
1.6990 1.7025
0.0250 0.0257
GBP 2.1300 2.1800
SDR 1 SDR 2,3482