Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Mobil bankçılıq

CİB

 

 Mobil cihazlar artıq müasir həyatın ayrılmaz hissəsinə çevrilmişdir.  İnsanlar mobil telefonlarını hər yerdə və hər zaman özləri ilə daşıyırlar. Artıq mobil telefonlar sadəcə zənglərin, səs və mətn mesajlarının qəbulu üçün deyil, bundan daha geniş, çoxfunksionallı əməliyyatların aparılması üçün nəzərdə tutulub.

 MilliKart müasir tendensiyaları nəzərə alaraq mobil telefonu və pul kisəsini birləşdirmək qərarına gəldi və bazarda olan ən innovativ mobil bankçılıq həllini təqdim edir. Həmin həll vasitəsilə istifadəçilər asanlıqla kart vəsaitlərini idarə edəcək və maliyyə durumları haqqında məlumatlı qalacaqlar, banklar isə müştərilərinə təqdim edilən məhsul portfoliosunu genişləndirə biləcəklər.

 MilliKartın CİB mobil bankçılıq həlli hərtərəfli maliyyə xidmətlərini təqdim edir. Dolğun mobil bankçılıq xüsusiyyətləri ilə yanaşı, həll müxtəlif ödəniş və köçürmə imkanlarını da verir. CİB mobil qurğunun əməliyyat sisteminə yüklənən mobil bankçılıq əlavəsi və server əlavəsinə əsaslanır. Mobil əlavə əsas mobil platformalarını dəstəkləyir və bazarda olan qurğuların 95% əhatə edir. Mobil bankçılıq həlli onlayn bank sistemlərinin tam funksionallığını əhatə edən yeganə xidmətdir. Əlavə heç bir bankın mobil bankçılıq həllinə məxsus olmadığı halda istənilən bankın kartları ilə qoşulma imkanını verən yeganə həlldir. CİB həlli yüksək təhlükəsizliyi ilə də fərqlənir ki, bu da öz növbəsində əməliyyatların ən efektiv yol ilə həyata keçməsini təmin edir. Əlavənin yüklənmə ölçüləri təxminən 200kB : 3000kB diapazonundadır. CİB iOS istifadəçiləri üçün http://apple.co/1L5eEy7, Android istifadəçiləri üçün isə  http://bit.ly/1GULm2b linklərindən yüklənilə bilər. CİB tamamilə ödənişsizdir. Həllin tam funksionallığı aşağıdakı kimidir:

 

Hesabın idarə olunması

Bir hesabın müxtəlif cihazalardan idarə olunması

Kartların idarə olunması

İstənilən sayda kartların əlavə olunması

Balansın yoxlanılması

Əməliyyatlar üzrə çıxarışın əldə olunması

Kartlara istənilən adın verilməsi

Yeni kart aktivasiyası

Çoxsaylı valyuta dəstəklənməsi

Kartın ləğv olunması

 

Pul köçürmələri və ödəmələr

Ödənişlərin aparılması

Pul köçürmələrinin aparılması

Mütəmadi istifadə olunan ödənişlər və köçürmələr üçün şablonların tərtib edilməsi

Çıxarışların əldə olunması

Alış Satış
1.9600 2.0050
1.6900 1.7050
0.0280 0.0285
GBP 2.1500 2.2100
SDR 1 SDR 2,3936