Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Maliyyə xidmətləri

Kommunal xidmət haqlarının yığılması

"Azəriqaz"MMC , "Azərenerji"ASC, "Azərsu"ASC ilə bağlanmış müqavilələrə əsasən PF-lərdə kommunal xidmət haqları, qaz, elektrik enerji, su və kanalizasiya haqları yığılır. 

Pul köçürmələrinin qəbulu və çatdırılması

Azərbaycan Respublikasının daxilində pul köçürmələri  "On Line" sistemi üzrə işləyən xüsusi proqram əsasında birbaşa təyinat məntəqəsinə göndərilmək üçün qəbul edilir.

Respublika daxilində göndərilmək üçün qəbul edilən sürətli pul köçürmələri, göndəricidən qəbul edildikdən sonra kompüter vasitəsi ilə təyinat məntəqəsinə dərhal ötürülür və müvafiq rəsmiləşdirmədən sonra respublikanın şəhər , rayon mərkəzlərində və qəsəbələrində ödənişi təmin olunur. Bu əməliyyatlar ən geci 15 dəqiqə ərzində həyata keçirilir.

Respublikanın kənd yerlərində yerləşən və hələlik kompüter olmayan poçt şöbələri tərəfindən qəbul edilən pul köçürmələri həmin şöbələrdən rayon mərkəzlərinə telefonla ötürülür və oradan kompüter vasitəsi ilə şəbəkəyə verilir. Belə poçt şöbələrinin xidmət ərazisinə ünvanlanmış pul köçürmələridə da həmin poçt şöbəsinə rayon mərkəzindən müvafiq qaydada telefonla ötürülür. Bu əməliyyatlar isə 30 dəqiqə ərzində həyata keçirilir.

Beynəlxalq pul köçürmələri olan  "Western Union", "Contact",  "Zolotaya Korona" sistemlərinə qoşulmuş və əhalinin istifadəsinə verilmişdir.

Telefon abunə və danışıq haqlarının yığılması xidməti

 "Aztelekom"MMC, "BTRİB", "Azərcell"MMC, "Bakcell"MMC, "Ultel"MMC və "Katel"MMC-ləri ilə baglanmış müqavilələrə əsasən PŞ-lərdə abonentlərdən aylıq abunə və şəhərlərarası telefon danışıq haqları qəbul olunur. Eyni zamanda "Aztelekom"MMC-nin,"BTRİB"-in və "Azərcell"MMC-nin abonentlərinə PŞ-lər və Azərekspresspoçt tərəfindən telefon danışıq borclarının bildirişləri, fakturaları çatdırılır.

Mobil rabitə operatorlarının abunə və danışıq haqlarının yığılması xidməti

 "Azercell" MMC-nin, "Bakcell" MMC-nin və "Nar Mobile"-nin abunəçilərindən aylıq abunə və danışıq haqlarının yığımı həyata keçirilir.

Pensiya və müavinətlərin ödənişi xidməti

Son zamanlar əhaliyə pensiya və müavinətlərin ödənilməsi əsasən elektron formada yəni bankomatlarla aparılmasına baxmayaraq bir çox şəhər və kəndlərdə əhaliyə pensiya və müavinətlər "Azərpoçt" MMC-nin PŞ-ləri tərəfindən ünvanlara çatdırılır.

Bankomatlardan istifadə etməyi bacarmayan və bankomatların yerləşdiyi yerə getmək üçün əlavə vaxt və məsrəf tələb olunduğu üçün əksər təqaüdçülər poçt xidmətinə üstünlük verirlər.

Sürətli pul köçürmə xidmətləri

Sürətli pul köçürmələri haqqında qısa məlumat

Bu sistemlər vasitəsi ilə dünyanın istənilən nöqtəsinə ən qısa vaxt kəsiyində təcili pul köçürmələrini həyata keçirmək mümkün olacaq.

 Təcili pul köçürmələri sistemlərinin əsas üstünlükləri aşağıdakılardır:

 1. operativlik-bank hesabı açılmadan ən qısa zamanda rəsmiləşdirmə

 2. sürətlilik- cəmi 5-15 dəqiqə ərzində vəsaitin təyin olunan məntəqəyə çatdırılması

 3. rahatlıq-geniş şəbəkə vasitəsilə pulun köçürülməsinin rahatlığı

 4. təhlükəsizlik-hər bir sistem üzrə xüsusi təhlükəsizlik sistemlərinin mövcudluğu

Sığorta Şəhadətnamələrinin satışı

“Azərpoçt” MMC ilə “Atəşgah” ASC, “AtaSığorta” ASC, "PaşaSığorta" ASC, "Azsığorta" ASC və "Standart İnsurance"ASC sığorta şirkətləri arasında sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortalıların və sığortaçıların hüquq və mənafelərinin qorunmasına yönəldilən, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsinə, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyətinin göstərilməsinə və sığorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsinə dair müqavilə  imzalanmışdır."İcbari sığorta haqqında" qanunun icrasına 2011-ci  il dekabrın 16-dan başlanılıb. Hal-hazırda  “Azərpoçt” MMC bütün Regional Poçt Filiallarında fəaliyyət göstərən avtomobillərin  icbari sığortası və sığorta şəhadətnamələrinin satışı prosedurları əməliyyatçılar  tərəfindən əhaliyə tam şəkildə izah edilərək həyata keçirilir.

“SMS Bankçılıq” xidməti

Alış Satış
1.7950 1.8750
1.6550 1.7100
0.0292 0.0300
GBP 2.1100 2.2300
SDR 1 SDR 2,3309