"Azərpoçt" MMC vakansiya elan edir
14.04.2023
1452
Ölkənin Yeganə Milli Poçt Operatoru “Azərpoçt ” MMC Maliyyə institutları ilə iş şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri:
-
Yerli və xarici maliyyə institutları ilə mütəmadi müxbir, işgüzar münasibətlərin qurulması və tənzimlənməsi, yazışmaların və görüşlərin aparılması;
-
Görülmüş işlər barədə rəhbərliyə hesabat;
-
Şöbənin fəaliyyəti ilə bağlı əmələ gələn digər vəzifələrin yerinə yetirilməsi.
-
Məlumatları toplamaq və təhlil etmək;
-
Rəhbərliyin tapşırığına uyğun olaraq fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirmək.
Namizədə dair tələblər:
-
İqtisadiyyat, Maliyyə, İnvestisiya, Tətbiqi riyaziyyat, Statistika üzrə Ali təhsil;
-
Mükəmməl analitik, problem həll etmə və tədqiqat bacarıqları;
-
Azərbaycan və İngilis dillərini yüksək səviyyədə ;
-
MS Excell (PowerPivot, Macros) yüksək səviyyədə;
-
CFA və ya FRM 1-ci səviyyə olması arzuolunandır;
-
Müştəri yönümlü düşünmə qabiliyyəti;
-
Komandada işləmə və problem həll etmə bacarığı.
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Maliyyə institutları ilə iş şöbəsinin mütəxəssisi” başlığı ilə hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər.