“Azərpoçt” və Azərkosmos birgə qanvermə aksiyası keçirib


19.05.2023 1041


“Azərpoçt” və Azərkosmosun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qanvermə aksiyası keçirilib.

 

Könüllülük prinsipi əsasında keçirilən bu xeyirxah təşəbbüsdə Azərkosmosun və “Azərpoçt”un xeyli sayda əməkdaşı iştirak edib.

 

Aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqlarının nəzarəti altında keçirilib.

 

Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

 

Qeyd edək ki, qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir. Ölkəmizdə də talassemiyalı, həyatları qandan asılı olan hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin davamlı olaraq qanla təmin olunmasına ehtiyac vardır. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır.

 



Onlayn konsultasiya