1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1989-cu ildə P. Lumumba adına Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cü ildə həmin fakültəni riyaziyyatçı ixtisası ilə bitirmişdir.
1997–2000-ci illərdə "Extima" şirkətində operator vəzifəsində işləmişdir.
2000-ci ildə "AzəriKard" şirkətində aparıcı mütəxəssis, 2001–2005-ci illərdə Əməliyyat şöbəsinin direktoru vəzifəsində çalışmışdır.
2005–2006 tarixlərdə "Bank Of Baku" ASC-nin Plastik kartlar departamentinin direktoru vəzifəsində işləmişdir.
2006–2007 müddətində "RabitəBank" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2007-2008-ci illərdə "DəmirBank" ASC-nin İcraçı direktor vəzifəsində işləmişdir.
2008–2012-ci illərdə "M&J Accuracy" şirkətində proqram təminatçısı vəzifəsində çalışmışdır.
2012-2013-cü illərdə "CardTech" şirkətində İT sistemlərinə nəzarətçi funksiyasını həyata keçirmişdir.
2013-2021-ci illərdə "Persotek" MMC-də İnkişaf üzrə direktor vəzifəsində işləmişdir.
22.02.2021-ci ildən "Azərpoçt" MMC-də Baş direktor müavini vəzifəsində çalışır.