“Azərpoçt”un bankomatında pensiya almaq olar?
Bəli, bütün bankomatlardan olduğu kimi “Azərpoçt” MMC-nin bankomatlarından da siz nağdlaşdırma əməliyyatı apara bilərsiniz. O şərtlə ki, sizin kartınız Mastercard olsun. Qeyd edək ki, Azərpoçt pensiya kartı emissiya etmədiyi üçün, siz Azərpoçta məxsus bankomatlardan nağdlaşdırma əməliyyatı həyata keçirtdiyiniz zaman, sizdən əlavə rüsum, yəni xidmət haqqı tutulacaq.