“Azərpoçt” MMC bütün ölkəni əhatə edən filial şəbəkəsi vasitəsilə əhaliyə hətta ucqar nöqtələrdə belə maliyyə xidmətlərinə rahat çıxış imkanları təmin edir.
Poçt-maliyyə xidməti göstərən 1175 poçt şöbəsində müştərilərimiz nağd və qeyri-nağd valyuta mübadiləsi xidmətlərindən istifadə edə bilərlər.
Valyuta mübadilə əməliyyatları “Azərpoçt” MMC tərəfindən gündəlik olaraq mövcud bazar məzənnələrinə uyğun müəyyən olunan və rəsmi saytımızda mütəmadi olaraq yenilənən mübadilə məzənnələrinə uyğun aparılır.
Bütün istiqamətlərdə olduğu kimi valyuta mübadiləsi xidmətlərində də müştəri məmnuniyyəti əsas götürülür və riteyl maliyyə xidmətləri bazarının ən böyük iştirakçılarından biri kimi “Azərpoçt” MMC tərəfindən bazar qiymətləri və rəqabət qabiliyyətlilik daim diqqət mərkəzində saxlanılır.