ll Avropa oyunları poçt məhsullarında


23.05.2019 1940


Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “II Avropa Oyunları-2019” seriyası çərçivəsində müxtəlif poçt məhsullarını tədavülə buraxacaq. Bu məhsullara poçt markaları, markalı zərflər, maraqlı poçt xatirə suvenirləri daxildir. Bütün bu poçt məhsullarının üzərində 2019-cu ilin “II Avropa Oyunları”nın “Parlaq il və parlaq sən” şüarı və rəsmi loqosu təsvir olunacaq.

21-30 iyun tarixlərində keçiriləcək “II Avropa Oyunları-2019” tədbirində “İlk gün” zərfi möhürlənəcək.

Qeyd edək ki, Minskdə təşkil edilən “II Avropa Oyunları” müasir Belarus tarixində ən böyük hadisələrdən biridir. Yarışılarda 50 ölkədən 4 mindən çox idmançı 15 idman növündə çıxış edəcək və onlara 200-ə yaxın mükafat təqdim olunacaq.

Oyunların açılış və bağlanış mərasimləri "Dynamo" stadionunda keçiriləcək.



Onlayn konsultasiya