“Belfila-2019” X Milli Filateliya Sərgisi


29.08.2019 2115


4-8 sentyabr 2019-cu il tarixində Belarus Respublikasının Brest şəhərində “Belfila-2019” X Milli Filateliya Sərgisi keçiriləcək.

Sərgi Brest şəhərinin adının ilk dəfə yazılı mənbədə qeyd olunmasının 1000 illiyinə həsr olunub.

Ekspozisiya Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi, “Belpoçta” poçt rabitəsi Respublika Unitar Müəssisəsi, Brest Şəhər İcra Komitəsi, “Belarus Filatelistlər İttifaqı” İctimai Birliyi tərəfindən təşkil olunub.

Builki sərgidə 16 ölkə — Braziliya, Almaniya, İsrail, İrlandiya, Portuqaliya, ABŞ və digər ölkələrdən 146 kolleksiya təqdim olunacaq.

“Belfila” Milli Filateliya Sərgisi Belarusda artıq onuncu dəfədir ki, keçirilir.

Belarus poçtu X Milli Filateliya Sərgisinin açılışı ərəfəsində poçt bloku, ilk gün zərfi, “Brest şəhərinin ilk yazılı xatırlanmasının 1000 illiyi” xüsusi möhürü, həmçinin “Belfila-2019” X Milli Filateliya Sərgisi” adlı bədii markalanmış zərf və xatirə möhürü hazırlayıb.



Onlayn konsultasiya