"Azərpoçt" MMC-nin Sumqayıt Poçt Filialının təşəbbüsü ilə iməclik aksiyası keçirilib


24.08.2019 2272


Sumqayıta şəhər statusunun verilməsinin 70 illiyinin yüksək səviyyədə qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, "Azərpoçt" MMC-nin Sumqayıt Poçt Filialının təşəbbüsü ilə "Təmiz Çimərlik" iməclik aksiyası baş tutub.

Aksiyada “Azərpoçt” MMC-nin nümayəndələri ilə yanaşı "Aztelekom" MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt Regional İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin nümayəndələri də iştirak edib.

Şəhərin yeni salınan bulvarının çimərlik ərazisində iməclik edilib. Aksiya ətraf mühitin və ekologiyanın qorunması, çimərliklərin təmiz saxlanılması və əhalinin maarifləndirilməsi xarakteri daşıyıb. Təxminən 120 nəfərin iştirak etdiyi iməclik 4.5 km sahil boyu ərazini əhatə edib.

Tədbir çimərlikdə istirahət edən sakinlər tərəfindən müsbət qarşılanıb.



Onlayn konsultasiya