Dünyanın müxtəlif guşələrindən salam!


02.09.2019 2191


Sentyabr ayının 6-da Belarus Respublikasının bütün poçt rabitəsi şöbələrində “Postkrosser günü” tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.

Postcrossing (postkrossinq)—poçt kartlarının və markalarının mübadiləsi üzrə beynəlxalq onlayn-layihə, dünyanın müxtəlif guşələrindən olan insanları birləşdirən layihədir. Hər gün bütün dünyanı minlərcə açıqca dolaşır.

Sizə də başqa ölkədən soraq gəlməsini istəyirsinizsə, http://www.postcrossing.com/ saytında qeydiyyatdan keçin və qısa müddətdə  “Belpoçta” Respublika Unitar Müəssisəsi (RUM) tərəfindən sevgi ilə çatdırılacaq poçt kartını qəbul edin!  



Onlayn konsultasiya