Hellouin bayramına həsr olunan markalar


18.09.2019 220


ABŞ poçt xidməti Hellouin bayramına həsr olunan 4 poçt markasını dövriyyəyə buraxacaq. Poçt markalarının üzərlərində Hellouin motivləri ilə bəzədilmiş işıqlı pəncərələrdə qara siluet təsvirləri öz əksini tapacaq. Birinci markada sarımtıl-yaşıl fonda çılpaq ağac budağında oturan əyri arxalı pişik, ikinci markanın üzərində narıncı fonda iki xəyal, üçüncü markada qırmızı fonda hörümçək və hörümçək toru, dördüncü markada isə bənövşəyi fonda üç yarasa yer alacaq.

Layihə rəssam Tayler Lenqa və dizayner Qreq Bridinqa məxsusdur. Bu maraqlı poçt markaları 11 oktyabr tarixində tədavülə buraxılacaq. Buraxılışa əlavə olaraq “Birinci gün” zərfi və ştempel hazırlanacaq. “Forever” kimi satılan “Spooky Silhouettes” (qorxulu siluetlər) markaları ABŞ-da keçiriləcək Hellouin bayramı üçün nəzərdə tutulub.

Qeyd edək ki, hər il oktyabrn 31-də dünyanın əksər ölkələrində dəhşət və gülüş simvolu olan Hellouin bayramı qeyd edilir.

Hellouin İrlandiya və Şotlandiya keltlərinin qədim adət-ənənələrinə bağlı “Balqabaqlar Bayramı” hesab edilir. 20-ci əsrin əvvəllərindən isə qloballaşma və amerikanizasiya nəticəsində bu bayram Amerika, Avropa və MDB ölkələri ərazisində yayılmağa başlayıb.



Onlayn konsultasiya