Yeni xatirə ştempeli və markalı zərf tədavülə buraxılacaq


19.09.2019 231


Sentyabrın 20-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusun Qrodno vilayətinin 75 illik yubileyinə həsr olunan xüsusi xatirə ştempelini dövriyyəyə buraxacaq. Buraxılışa əlavə olaraq tiraji 30 min nüsxəlik “A” liter markalı bədii markalı zərf də hazırlanıb. “A” markasının nominalı Belarus Respublikası hüdudlarında çəkisi 20 qrama qədər olan adi məktubun göndəriş tarifinə uyğundur. Zərfin və xatirə ştempelin dizaynı eyni müəllifə E. Medvedeva məxsusdur.

Qeyd edək ki, Qrodno vilayəti Belarusun altı əsas vilayətlərindən biridir. Ölkənin qərbində yerləşən bu vilayət Polşa və Litva ilə həmsərhəddir.



Onlayn konsultasiya