Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şəhid əməkdaşlarının ailələri ziyarət edilib


29.06.2021 523


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş əməkdaşların ailələrini ziyarət ediblər. Onlar şəhid ailələrinin qayğıları ilə maraqlanıblar.


 
Görüşdə şəhidlik zirvəsinə ucalmış nazirlik əməkdaşları haqqında xoş təəssüratlar bölüşülüb. Qeyd olunub ki, hər bir şəhidimiz xalqımızın qəlbində əbədi yaşayacaq.


 
Şəhid ailələri torpaqlarımızın erməni işğalından azad olunması ilə şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildiriblər.


 
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və onun tabeli qurumları, həmçinin Həmkarlar təşkilatı şəhid ailələrini daim diqqətdə saxlayır.



Onlayn konsultasiya