“Azərpoçt MMC-də 40 ildən çox çalışmış əməkdaşlarla görüş keçirilib


06.12.2021 2289


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar 40 ildən çox çalışmış əməkdaşlarla görüş keçirilib.

 

“Azərpoçt” MMC-nin baş direktoru Əfqan Cəlilov bildirib ki, Azərbaycanda rabitə sahəsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə xüsusilə inkişaf edib. Ulu Öndərin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində böyük uğurlar qazanılıb. Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru o cümlədən poçt sahəsində nailiyyətlər əldə olunub.

 

Qeyd edib ki, 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə bütün digər sahələrdə olduğu kimi, rabitə sahəsində də böyük inkişafa nail olunub. Dövlətimizin başçısı tərəfindən bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq qərarlar verilib. İşlər bu gün də geniş miqyasda davam etdirilir.

 

Qurum rəhbəri uzun müddət, fasiləsiz xidmət göstərən rabitəçiləri bayram münasibətilə təbrik edərək onlara uzun və sağlam ömür arzulayıb.

 

Veteran rabitəçilər çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

 

Sonda Azərbaycan telefon rabitəsinin 140 illik yubileyi münasibətilə və sahənin inkişafında uzunmüddətli, səmərəli fəaliyyətlərinə görə 40 ildən çox çalışmış əməkdaşlar – Lətifə Məmmədova, Elmira Qəniyeva, Təliqə Kazımova, Leyla Əhmədova, Həcər İsababayeva və Məryəm Məmmədova mükafatlandırılıb.

 



Onlayn konsultasiya