Bayram günləri də xidmətinizdəyik!
18.03.2022
3085
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bayram günlərilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
19 və 26 mart tarixində respublika üzrə bütün poçt şöbələri adi iş rejimində işləyəcək.
20, 21, 27 mart tarixlərində yalnız növbətçi poçt şöbələri fəaliyyət göstərəcək.
-
Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00
-
2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00
-
2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00
-
3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00
-
4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00
-
Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00
22-25 tarixlərində aşağıda qeyd edilən poçt şöbələri xidmət göstərəcək.
-
Mərkəzi Poçt Şöbəsi 09.00-18.00
-
1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25, 33, 52, 63, 66, 108 saylı poçt şöbələri saat 10:00-17:00
-
2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri saat 10:00-17:00
-
2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00
-
3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 poçt şöbələri saat 10:00-17:00
-
4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00
-
4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 poçt şöbələri saat 10:00-17:00
İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.