“Azərpoçt” Zəngilanın Ağalı kəndində xidmət göstərəcək


27.05.2022 486


Prezident İlham Əliyevin “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncamına əsasən Zəngilan rayonunun Ağalı kəndinin ərazisindəbu gün açılışı baş tutan Ağalı Xidmətlər Mərkəzinin tərkibində Zəngilan Poçt Filalının Ağalı poçt şöbəsi fəaliyyətə başladı.

 

Artıq Ağalı xidmətlər mərkəzinin poçt şöbəsi bölməsində vətəndaşlar poçt göndərişlərini rahatlıqla yollaya və qəbul edə biləcəklər.

 

Eyni zamanda, depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən də yararlanmaq, kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür. Bundan başqa, AZ6401 indeksli poçt şöbəsində vətəndaşlar rahatlıqla bütün iş saatlarında valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə biləcəklər.

 

Vətəndaşlar “Azərpoçt” xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün qurumun rəsmi veb-səhifəsinə (www.azerpost.az) daxil ola, eyni zamanda 169 Çağrı Mərkəzinə  və qurumun rəsmi sosial şəbəkə hesablarına (https://www.facebook.com/azerpost.az və https://www.instagram.com/azerpost.az/ ) müraciət edə bilərlər.

 



Onlayn konsultasiya