“Azərpoçt” MMC vakansiya elan edir!


14.09.2022 687


ÖLKƏNİN YEGANƏ MİLLİ POÇT OPERATORU “AZƏRPOÇT” MMC AUDİTOR, BÖYÜK AUDİTOR VƏ BAŞ AUDİTOR VƏZİFƏLƏRİ ÜZRƏ VAKANSİYA ELAN EDİR:
 


VƏZİFƏ ÖHDƏLİKLƏRİ:


• Təsdiq edilmiş iş planına əsasən daxili audit prosedurlarını həyata keçirmək;


• İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;


• Audit prosesi zamanı çatışmazlıqları müəyyən etmək və məsul şəxlərlə razılaşdırmaq, o cümlədən biznesin mahiyyətini və müvafiq riskləri nəzərə almaqla aşkarlanmış çatışmazlıqlara uyğun olaraq tövsiyələr vermək;


• Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;


• Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;


• Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək.

 



NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:


• Ali təhsil


• Müvafiq sahə üzrə iş təcrübəsi ( 2-5 il )


• Yerli qanunvericilik və Mərkəzi Bankın normativ aktlarını yaxşı səviyyədə bilməsi


• Daxili audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması

 

• Daxili audit funksiyası üzrə beynəlxalq mütərəqqi praktika ilə tanışlıq


• Dərin analitik düşüncə, vaxtın idarə edilməsi bacarığı


• Analitik və ünsiyyət qurma bacarıqları


• MS Office proqramlarında səlis işləmək bacarığı


• İngilis dili yaxşı, rus dili biliyi arzuolunandır.


 


İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

 



Maraqlananlar,  CV-lərini müvafiq vəzifə üzrə “Auditor”, “Baş auditor” və ya  “Böyük auditor” başlığı ilə  hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər.



Onlayn konsultasiya