Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının 30 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.


15.09.2022 348


 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb. Marka  Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 30 illiyinə həsr olunub.

 

Markanın möhürlənmə mərasimi Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forum çərçivəsində baş tutub.

 

Markanın möhürlənməsi “Azərpoçt”un İdarə Heyətinin sədri Əfqan Cəlilov və Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl tərəfindən həyata keçirilib.

 



Onlayn konsultasiya