Vəzi̇fə Öhdəli̇kləri̇:
-Daxili məlumatları təhlil etmək və müəssisənin gəlirlərini artırmaq və xərclərini azaltmaq məqsədi ilə dövri bazar araşdırmaları aparmaq.
-Məhsul portfelinin optimallaşdırılması ilə bağlı məlumatları araşdırmaq və periodik tövsiyələrini paylaşmaq.
-Poçt sənayesindəki beynəlxalq tendensiyaları və müəssisənin kommersiya strategiyasına təsirini izləmək.
-Müəssisənin fəaliyyətinin monitorinqi: xidmətlər, məhsullar üzrə faktiki KPI-ların izlənməsi və şirkətin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı vaxtaşırı tövsiyələr vermək.
-Müəssisə daxilində müxtəlif mənbələrdən alınan məlumatların və hesabatların daimi üzləşdirilməsi.
-Müəssisənin göstəriciləri haqqında aylıq hesabatlar hazırlamaq.
-Yeni, dəyişdirilmiş servis və məhsullar üçün hesabat tələblərinin qiymətləndirilməsi və hazırlanması
-Menecment tələblərinə və müəyyənləşdirilmiş standartlara uyğun olaraq məlumatın yığılması, analizi və vizualizasiyası daimi optimallaşdırılması.
-Hesabatların keyfiyyətli hazırlanması, maraqlı təqdim olunması və avtomatlaşdırılması ilə bağlı daim təkliflər verilməsi
Nami̇zədə dai̇r tələblər:
-İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, Kibernetika, Statistika üzrə Ali təhsil;
-Mükəmməl analitik, problem həll etmə və tədqiqat bacarıqları;
-Uyğun sahələrdə 1-2 il iş təcrübəsi;
-Azərbaycan, Ingilis və Rus dillərini yüksək səviyyədə bilməsi;
-MS Excell (PowerPivot, Macros) yüksək səviyyədə,statistik təhlil və böyük həcmdə məlumat ilə işləyən ən azı bir proqramın
yüksək səviyyədə bilməsi (SQL, Stata, SPSS, SAS, R);
-Müştəri yönümlü düşünmə qabiliyyəti;
-Mükəmməl təşkilatçılıq və ünsiyyət bacarıqları
-İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
-İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Analitika və Biznesin təhlili üzrə mütəxəssis” başlığı ilə hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər.