Bu gün şəhid Rəşad Rəhimovun anım günüdür


09.11.2022 323


Bu gün “Azərpoçt” MMC-nin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş əməkdaşı Rəşad İlqar oğlu Rəhimovun anım günüdür. Bu münasibətlə "Azərpoçt" əməkdaşları şəhidin məzarını ziyarət ediblər. Əziz xatirəsi ehtiramla yad olunub.

 

Qeyd edək ki, Rəşad Rəhimov 2020-ci il noyabr ayının 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rəşad Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 



Onlayn konsultasiya