"Azərpoçt" MMC vakansiya elan edir


31.03.2023 1487


 

Ölkənin Yeganə Milli Poçt Operatoru “AZƏRPOÇT” MMC Bakı şəhəri üzrə poçt şöbələrinə Poçtalyon vakansiyasını açıq elan edir:

 

 

Vəzifə Öhdəlikləri:

 

-Poçt göndərişlərinin və maliyyə xidmətlərinin növlərini, kateqoriyalarını, ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin növlərini tam bilməli və xidmət ərazisində onları təbliğ etməli;

 

-Daxil olmuş sadə və sifarişli məktub korrespondensiyasını, F22 bildirişlərini, dövrü mətbuatı (qəzet və jurnalları), telefon danışıq qəbzlərini F23 kitabında, teleqramları isə ekspedisiya vərəqələrində imza etməklə qəbul etməli, onları ünvanlara çatdırmaq üçün hazırlamalı;

 

-Çatdırma zamanı ancaq təyin olunmuş marşrut üzrə hərəkət etməli;

 

-Xidmət ərazisində yerləşən poçt qutularından məktubları çıxarmalı;

 

-Çatdırma zamanı qeydiyyatlı poçt göndərişlərini F8 cədvəlində (dəftərində),

-”Xəbərnamə”li belə göndərişləri isə onların xəbərnamələrində və F8 cədvəlində (dəftərində), kiçik paketləri onların bildirişində,        teleqramları isə onların iltizamnamələrində alıcının adını, soyadını qeyd etməklə ünvan sahibinə imzalatmaqla verməli.

 

 

Namizədə dair tələblər:

 

-Orta ixtisas və ya tam orta təhsil;

-İş stajı : müvafiq sahədə ən azı 1 il;

-Dil bilikləri: Azərbaycan dili. Rus dili arzuolunandır;      

-Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti;

-Komanda ilə işləmə bacarığı.

 

Maraqlananlar, öz CV-lərini “Poçtalyon” başlığı ilə  hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər. 

 

 

 



Onlayn konsultasiya