“Azərpoçt” kart sahibləri üçün “Apple Pay” ilə təmassız ödəniş imkanı yaradılıb


11.07.2024 4274


Texnoloji yenilikləri öz xidmətlərində tətbiq edən “Azərpoçt” MMC daha bir funksionallığı müştərilərinə təqdim edir.

 

Belə ki, artıq “Azərpoçt” kart sahibləri “Apple Pay” vasitəsilə ödənişlərini təhlükəsiz və təmassız şəkildə həyata keçirə bilərlər. “Apple Pay”lə market, aptek, kafe, restoran, taksi xidmətləri və bir sıra digər yerlərdə ödəniş etmək mümkündür.

 

Xidmətdən istifadə üçün “İOS” tipli mobil cihazınızda “Wallet” (“pul kisəsi”) tətbiqinə daxil olmağınız və “Azərpoçt” kartınızı göstərilən hissəyə əlavə etməyiniz kifayətdir.

 

Onu da xüsusi vurğulayaq ki, edilən bütün təmassız ödənişlər kart sahiblərinə 1% kəşbək qazandıracaq.

 



Onlayn konsultasiya