Şəhid Rəşad İlqar oğlu Rəhimovun ad günündə xatirəsi yad edilib.


16.07.2024 751


Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan “Azərpoçt” MMC-nin əməkdaşı baş leytenant Rəşad İlqar oğlu Rəhimovun ad günündə xatirəsi yad edilib. Şəhidimizin 2-ci Fəxri Xiyabanda dəfn olunan məzarını ailə üzvləri ilə yanaşı, dostları və iş yoldaşları ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, məzarı önünə əkili qoyulub və əziz xatirəsi ehtiramla yad edilib. 
 
Qeyd edək ki, Rəşad İlqar oğlu Rəhimov 16 iyul 1985-ci ildə Tərtər şəhərində anadan olub.  2006-cı ildə Ali məktəbi bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə daxil olub və kursu uğurla başa vuraraq leytenant rütbəsi alıb. Zabit və tağım komandiri kimi xidmət göstərib. 2011-ci ildən isə “Azərpoçt” MMC-də fəaliyyət göstərib.
 
Rəşad Rəhimov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 
 
Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Onlayn konsultasiya