“Azərpoçt” “Pulköçürmələrinin sosial-iqtisadi faydalarının artırılması” layihəsinin işçi qrupunda iştirak edib.
18.07.2024
1198
Azərbaycanda pulköçürmələrinin sosial-iqtisadi faydalarının artırılması mövzusundakı layihə Beynəlxalq Miqrasiya Təşkilatının İnkişaf Fondunun (BMqT) dəstəyi və Dövlət Miqrasiya Xidmətinin tərəfdaşlığı ilə həyata keçirilib.
1 yanvar 2022-ci il və 15 iyul 2024-cü il tarixlərini əhatə edən layihədə "Azərpoçt", o cümlədən 11 üzv və müşahidəçi qismində 18 qurumun (dövlət orqanları, banklar, QHT-lər, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fintech Assosiasiyası, Azərbaycanın xaricdəki diaspor təşkilatları və BMT təşkilatları) nümayəndələri iştirak edib.
Layihə davamlı yaşayış inkişafının dəstəklənməsi baxımından xaricdəki azərbaycanlı miqrantlar/Azərbaycandakı immiqrantlar və hər iki tərəfdəki pulköçürmələrinin iştirakçıları arasında maliyyə xidmətlərinə əlçatanlığı təmin etmək və rəqəmsal maliyyə xidmətlərindən istifadəyə təşviq məqsədilə ərsəyə gəlib.
“Azərpoçt” da bu layihəyə onun monitorinqini və tətbiqini dəstəkləməklə öz töhfəsini verib.