"Card-to-card" xidməti
Pulunuzu başqa şəhərdə yaşayan və ya ölkə xaricində istirahət edən qohumlara, dostlara göndərmək istəyirsinizsə bu bizim Card-to-card xidmətimiz vasitəsilə çox asandır. MilliKart şəbəkəsinə daxil olan bankların bankomatları vasitəsilə pulunuzu kartdan karta köçürün.
Xidmətin üstünlükləri
• Sərfəli tariflər.
• Köçürmənin Milli Kart şəbəkəsində istənilən bankomat vasitəsilə köçürülməsi
• Köçürmənin sutkada 24 saat, həftədə 7 gün mümkünlüyü
• Növbəsiz və heç bir sənədin doldurulmasına ehtiyac olmaması
• Kart sahibinin kart nömrəsini və kartının istifadə müddətini bilmək kifayətdir
Vəsaiti “Azərpoçt” MMC tərəfindən emissiya edilən kartlardan başqa rezident banklar tərəfindən emissiya edilən kartlara da köçürə bilərsiniz:
- Köçürmə iki valyutada həyata keçirilir – AZN və USD
Card-to-Card xidmətinin aparılması qaydası və ya pul vəsaitini bir kartdan digər karta necə köçürmək olar?
1. Kartı bankomata daxil edin:
Ekranda «İstədiyiniz dili seçin» məlumatı əks olunur:
- Azərbaycan
- Русский
- English
2. İstədiyiniz dili menyudan seçib yanında olan düyməni basın.
Ekranda «Lütfən Pin-kodunuzu yığın sonra ENTER düyməsini basın» məlumatı əks olunur
3. Pin-kodunuzu daxil edib ENTER düyməsini basın
Ekranda «İstədiyiniz əməliyyatı seçin» məlumatı əks olunur
Ödəmələr
|
Nağd Pul
|
Pul köçürmələri
|
Hesabda Qalıq
|
Pin-kodun dəyişdirilməsi
|
Hesabdan çıxarış
|
4. «Pul köçürmələri» əməliyyatı seçilib, ENTER düyməsi basılır,
ekranda «Valyuta seçimi» məlumatı əks olunur
- AZN
- USD
- və imtina etmək
5. Valyuta növü seçilib ENTER və ya əks təqdirdə İmtina etmək düyməsi basılır
Ekranda «Xahiş olunur məbləği köçürəcəyiniz kartın nömrəsini daxil edin» məlumatı əks olunur
- İmtina etmək
- Davam
- Düzəliş
6. Pul köçürmək istədiyiniz kartın 16 rəqəmli nömrəsi daxil edilib, DAVAM və ya ENTER düyməsi basılır
Ekranda «Kartın nömrəsini təkrar daxil edin» məlumatı əks olunur
7. Pul köçürmək istədiyiniz kartın 16 rəqəmli nömrəsi bir daha daxil edilir
Ekranda «Kartın istifadə müddətini daxil edin» məlumatı əks olunur
Yığılma qaydası: ay / il.
- İmtina etmək
- Davam
- Düzəliş
8. Pul köçürmək istədiyiniz kartın istifadə müddəti göstərilən formatda daxil edilir
Ekranda «Köçürüləcək məbləği daxil edin» məlumatı əks olunur
- Davam
- Düzəliş
9. Köçürmək istədiyiniz məbləği daxil edib, ENTER düyməsini basın
Ekranda «Köçürməni təsdiq edirsinizmi» məlumatı görünür
- Kartın nömrəsi
- Məbləğ
- Əməliyyat bitmişdir
- Xeyr
- Bəli
10. Köçürmə təsdiqlənir və əməliyyat bitmiş hesab olunur.