“Azərpoçt” MMC Mərkəzi Bankın ödəniş sistemləri vasitəsi ilə müştərilərinin milli valyutada  təqdim etdiyi ödəniş tapşırığı əsasında cari hesablarından respublika daxili, o cümlədən xarici valyuta köçürmələrini nüfuzlu  xarici banklardakı hesabları vasitəsi ilə həyata keçirir.

 

Ölkədaxili köçürmələr

  • Milli valyutada aparılır
  • Ödəniş tapşırığı təqdim edilməklə respublika ərazisində özünün və ya digər şəxsin cari hesabına Mərkəzi Bankın ödəniş sistemlərinin iş qrafikinə uyğun olaraq  köçürmələr həyata keçirilir.

 

Ölkəxarici köçürmələr

USD,EUR,GBP,RUB və digər valyutalarda aparılır

  • Köçürmələr Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarına, eləcə də digər mövcud qanunlara əsaslanaraq həyata keçirilir.

 

“Azərpoçt” MMC fiziki, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə  milli və xarici valyutada, poçt  hesablarının açılması, aparılması və hesablarla bağlı tam kompleks  xidmətlər  təklif edir. Hazırda qurum  127  minə  yaxın fiziki və 3200- ə qədər  hüquqi şəxsə  xidmət göstərir.

 

Milli və xarici valyutada köçürmələr, eləcə də poçt hesablarının açılması və aparılması müvafiq qayda-qanunlarla, həmçinin “Azərpoçt” MMC -nin müşahidə şurası  tərəfindən təsdiq olunmuş daxili qayda-qanun və tariflər ilə tənzimlənir.