Beynəlxalq poçt pul köçürmələri

 

“Azərpoçt” ММС-nin istənilən poçt şöbəsinə yaxınlaşmaqla fiziki şəxslər xaricə pul göndərə və ya xaricdə yaşayan yaxınları tərəfindən adlarına göndərilən pulu ala bilərlər. Beynəlxalq poçt pul köçürmələri “Azərpoçt” MMC-yə məxsus beynəlxalq poçt pul köçürmə sistemidir. Bu cür Poçt pul köçürməsi fiziki şəxs tərəfindən göndərilə bilər və bu zaman yalnız Türkiyə, Rusiya, Belarus, Ukrayna, Qazaxstan, Litva, Özbəkistan, Gürcüstan,  Moldova ölkələri ilə mübadilə aparılır. Beynəlxalq poçt pul köçürmələri əməliyyatı  “Azərpoçt” MMC ilə qeyd edilən 9  dövlətin poçt şöbələri arasında mümkündür, köçürmə  2 gün müddətinə çatır.

Pul köçürməsinin göndərilməsi və ödənilməsi manatla həyata keçirilir. Qarşı tərəfə ölkənin qanunvericiliyinə əsasən  milli və ya xarici valyutada ödənilir.

Beynəlxalq  poçt pul köçürməsi ünvanlıdır, göndərilməsi zamanı  ödəyən şöbənin poçt indeksi mütləq qeyd edilməlidir. Köçürmə adi qaydada, ad, soyad, ata adı və ya kod əsasında  göndəriş zamanı qeyd edilən indekslə konkret poçt şöbəsində ödənilir.

Pul köçürməsinin maksimal məbləği müqaviləyə əsasən  ölkədən asılı olaraq dəyişir.

 

Tariflər