"PIN change" xidməti

 

Əgər siz PIN-kodunuzu hər hansı bir səbəbdən dəyişmək istəyirsinizsə, PIN change xidmətindən yararlanın.

 

Günün istənilən vaxtında  MilliKart şəbəkəsində olan Bankların bankomatlarından istifadə edərək, “Azərpoçt” MMC tərəfindən emissiya edilmiş kartın PIN-kodunu istənilən rahat 4 rəqəmli kombinasiyaya dəyişə bilərsiniz.


Müştəri bu xidmətdən istifadə edərək, öz plastik kartının PIN kodunu istənilən 4 rəqəmli kodla əvəz edə bilər. "PIN-Change" xidmətindən istifadə haqqı  bütün kartlar üzrə 1 AZN təşkil edir.

 

"PIN-Change" xidmətindən istifadə etmək üçün "Azərpoçt"MMC-nin plastik kart sahibi bankomat vasitəsi ilə aşağıda sadalanan mərhələləri həyata keçirməlidir:


1.Plastik kart bankomata daxil olunur;
2.Dil seçimi aparılır;
3.Kartın kodu yığılır;
4."Xidmətlər" bölməsinə keçid alınır;
5."PIN-Change" xidməti seçilir;
6.Yeni 4 rəqəmli kod yığılır, "ENTER" düyməsi basılır;
7.Yeni kod təkrarən yığılır və "ENTER" düyməsi basılır.

 

Bankomatlarda PIN-kodun dəyişdirilməsi “ Azərpoçt” MMC-nin bütün ödəniş kartları ilə mümkündür.PIN-kodun dəyişdirilməsi ilə bağlı əməliyatların sayı məhdud deyildir.

 

Diqqət! Ödəniş kartları ilə yeni PİN-kodun yaradılması zamanı fırıldaqçılıq əməlliyyatlarından qorunmaq məqsədilə

- sadə rəqəm kombinasiyalarından, eləcə də sizin doğum tarixindən istifadə etməyin,
- yeni PİN-kod çek üzərində əks olunmur,
-  əgər siz yeni, dəyişdirilmiş PİN-kodunuzu unutmusunuzsa, onun bərpa edilməsi mümkünsüz olacaq. Bu halda kartın dəyişdirilməsi həyata keçirilməlidir.