Azərbaycana göndərilməsinə qadağa qoyulan mallar
• odlu silah və onun döyüş sursatları, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika,
• radioaktiv maddələr,
• narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat,
• əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materillar,
• narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin< hazırlanması texnologiyasına aid materillar,
• pulların və poçt nişanlarının buraxılması üçün avadanlıqlar,
• insan orqanları və ya toxumaları,
• canlı heyvanlar,
• tezalışan maddələr,
• zəhərli və toksikoloji maddələr,
• bioloji və infeksion maddələr,
• civə, kimyəvi reaktivlər və turşular,
• insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar,
• tez xarab olan qida məhsulları,
• öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər,
• sikkələr, banknotlar və ya yol çekləri.