"SMS xəbərdarlıq" xidməti

 

“Azərpoçt” MMC kart sahiblərinə elektron bankinq xidmətlərindən olan  “SMS Xәbәdarlıq xidməti”ni təklif edir.

 

Kartınızda nə qədər vəsaitin olduğunu bilmək istəyirsinizmi?
Həmin vəsait hesaba nə zaman mədaxil edilmişdir?
Harada və nə zaman xərclənib?
Kartla keçirilən əməliyyatların təhlükəsizliyini artırmaq?

 

Bu çox asandır. SMS-xəbərdarlıq xidmətini qoşun və siz hər şeyi mobil telefonunuzun ekranında görəcəksiniz!  SMS Xәbәrdarlıq “Azərpoçt” MMC-nin mәlumatlandırma xidmәtidir. Siz SMS-Xəbərdarlıq xidməti vasitəsilə evdən və ya ofisdən çıxmayaraq hesabınızı idarə edə bilərsiniz. Bu xidmәt vasitәsilә ödəniş kartınızın hesabındakı bütün әmәliyyatlar barәdә online rejimdә xәbәrdar edilirsiniz. Hesabınıza pul vәsaiti mədaxil, yaxud hesabınızdan məxaric edildiyi zaman mobil telefonunuza әmәliyyat haqqında mәlumat verәn SMS göndәrilәcәk. Belәliklә, siz әmәk haqqınızın ödәnildiyini,  pul köçürmәsinin gәldiyini vә digәr kart әmәliyyatları barədə dərhal xәbәrdar ediləcəksiniz. Hәftәnin 7 günü vә günün 24 saatı, mәkandan vә zamandan asılı olmayaraq ödəniş kartınızın hesabı nәzarәtiniz altında olacaq.

 

Sistemin üstünlükləri

  • Xidmətin istənilən mobil nömrəsinə qoşulma imkanı (Azercell, Bakcell, Nar Mobile);
  • Hər SMS-ə görə mobil nömrənizin balansından pul tutulmaması (sadəcə olaraq kart hesabınızdan aylıq xidmət haqqı çıxılacaq)
  • Tәsdiq әmәliyyatından sonra mobil telefonunuza xidmәtә qoşulduğunuzu bildirәn SMS mesajı gәlәcәkdir. Mesaj almadıqda  "MilliKart” MMC-nin CallCenter-nə (+994124312202) zәng edin.
  • Xidmətə MilliKart şəbəkəsinə daxil olan bankların bankomatından qoşulmaq imkanı;
  • Xidmətə istənilən mobil nömrənin qoşulmaq imkanı; 
  • Telefonunuzda müvafiq mobil operatorun kartını dəyişmədən;
  • Mobil Operatorların filiallarına müraciət etmədən;
  • Real vaxt rejimində məlumatın alınması;
  • Yerləşdiyiniz yerdən və vaxtdan asılı olmaması. 

     

“SMS xəbərdarlıq” xidməti çərçivəsində siz aşağıda adları çəkilən xidmətləri əldə edirsiniz:
• Hesaba pul vəsaitinin mədaxil olması haqqında onlayn məlumat;
• Ödəniş kartı vasitəsilə hesab üzrə gedən məxarıc haqqında məlumat;

8893  xidmət nömrəsinə SMS müraciətin yönəldirilməsi vasitəsilə əldə edirsiniz:
 

• Ödəniş kartını bloklamaq (sorğunun formatı: STOP);
• Cari qalıq haqqında məlumat əldə etmək (sorğunun formatı: BALANS);
• Ödəniş kartı üzrə kiçik hesabdan çıxarış almaq (sorğunun formatı: STATE);
• Kartın cari statusunu öyrənmək (sorğunun formatı: STATUS);
• Bütün ödəniş kartlarınızın siyahısını əldə etmək (sorğunun formatı: CLİST);
• Alınan SMS mesajların dilini dəyişmək (sorğunun formatı: LANG);
• Sorğuların siyahısını almaq (sorğunun formatı: HELP).

 

Bankomat  vasitəsilə xidmətə qoşulan zaman rüsum avtomatik olaraq “Azərpoçt” MMC-nin "Ödəniş kartlarına dair tarifləri"-nə əsasən silinəcəkdir.
Xidmətin aylıq dəyəri 1 AZN(əmək haqqı kartlarında pulsuzdur).

1.    Bankomatın menyusunda  "Xidmətlər"-i seçin.

2.    Xidmətlər" menyusunda  "SMS-Banking"-i seçin.

3.    "SMS-Banking" menyusunda "Aktivləşdirmə"-ni seçin. Eyni  zamanda bu menyuda xidməti deaktivləşdirmə və ya SMS gələcək mobil telefon nömrəsini dəyişmək mümkündür.

4.    Xidmətin aktivləşdirilməsi üçün mobil telefonun nömrəsini qeyd edin.

5.    Mobil telefon nömrəsini təkrarən daxil edin.

6.    Xidmətin istifadə müddətini daxil edin.

7.    Xidmətə görə komissiya silinməsinin təsdiqindən sonra xidmət aktivləşəcəkdir.

 

“SMS xәbәrdarlıq” xidmətimizlə hesabınızdan hәr zaman vә hәr yerdә xәbәrdar olun!