Məktubların qəbulu və göndərilməsi
 
Daxili sadə və sifarişli məktublarda yazışmalar, işgüzar sənədlər, şəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmalar göndərilir. Beynəlxalq sadə və sifarişli məktublarda yazışmalar, işgüzar sənədlər, şəkillər, hesablar, qəbzlər və digər sənədlər göndərilir.
Vətəndaşlardan sifarişli məktubları qəbul etdikdə poçt işçisi həmin göndərişdə pul, sənəd və qiymətli kağız olub olmadığını göndəricidən öyrənərək, pulun elektron, sənəd və qiymətli kağızların isə qiymətli məktubla göndərilməsini tövsiyə etməlidir. Sifarişli məktub qəbul edildikdə göndəriciyə komputerden çıxarılmış qəbzin üzərinə ştrix kod yapışdırılıb təqvim ştempeli vurularaq təqdim edilir. 
Vətəndaşlardan eyni vaxtda beş və ya artıq sifarişli məktub qəbul edildikdə göndərici tərəfindən sıra nömrəsi, təyinat yeri, alanın soyadı göstərilməklə siyahı tərtib edilir.
Qəbul edilmiş sifarişli məktublara yapışdırılmış markalar təqvim ştempeli vurulmaqla ləğv edilir.