"Azərpoçt" MMC vakansiya elan edir
14.04.2023
1774
Ölkənin Yeganə Milli Poçt Operatoru “Azərpoçt ” MMC Xəzinədarlıq Şöbəsinin Müdiri vəzifəsinə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri:
-
Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
-
Şöbənin işçilərinin vəzifə təlimatlarını hazırlayır;
-
Şöbəyə aid müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini departamentin direktoruna təqdim edir;
-
İş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
-
İnvestisya portfelini nəzarətdə saxlayır;
-
Büdcələmə prosesində öz gözləntilərini formalaşdırır, təhlillər aparır;
-
Yeni yerləşdirmələrin təstiq olunmuş strategiya uyğun olmasına nəzarət edir;
-
Yeni yerləşdirmələrin requlativ normalar və limitlər çərçivəsində olmasına nəzarət edir;
-
Şöbənin işçilərinin əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və onların davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir.
Namizədə dair tələblər:
-
İqtisadiyyat, Maliyyə, İnvestisiya, Tətbiqi riyaziyyat, Statistika üzrə Ali təhsil;
-
Mükəmməl analitik, problem həll etmə və tədqiqat bacarıqları;
-
Uyğun sahələrdə 1-2 il iş təcrübəsi;
-
Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilməsi;
-
MS Excell (PowerPivot, Macros) yüksək səviyyədə;
-
CFA və ya FRM 1-ci səviyyə olması arzuolunandır;
-
Müştəri yönümlü düşünmə qabiliyyəti;
-
Mükəmməl təşkilatçılıq və ünsiyyət bacarıqları.
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Xəzinədarlıq şöbəsinin müdiri” başlığı ilə hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər.