"Azərpoçt" MMC vakansiya elan edir
14.04.2023
1577
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC Xəzinədarlıq Şöbəsinin Mütəxəssisi vəzifəsinə vakansiya elan edir:
Vəzifə Öhdəlikləri:
-
Şöbədəki valyuta mübadiləsinə dair əməliyyatları həyata keçirtmək;
-
Şöbədəki qiymətli kağızlarla əməliyyatları həyata keçirtmək;
-
Yerli və xarici şirkətlərlə Cəmiyyətin nostro hesablarına və həmin banklara münasibətlərə nəzarət etmək
-
Şöbəyə aid müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini şöbə müdirinə təqdim edir;
-
Statistik məlumatları toplamaq təhlil etmək;
-
Rəhbərliyin tapşırığına uyğun olaraq fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirmək.
Namizədə dair tələblər:
-
İqtisadiyyat, Maliyyə, İnvestisiya, Tətbiqi riyaziyyat, Statistika üzrə Ali təhsil;
-
Mükəmməl analitik, problem həll etmə və tədqiqat bacarıqları;
-
Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilməsi;
-
MS Excell (PowerPivot, Macros) yüksək səviyyədə;
-
CFA və ya FRM 1-ci səviyyə olması arzuolunandır;
-
Müştəri yönümlü düşünmə qabiliyyəti;
-
Komandada işləmə və problem həll etmə bacarığı.
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Xəzinədarlıq şöbəsinin mütəxəssisi” başlığı ilə hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər.