"Azərpoçt" MMC vakansiya elan edir


15.08.2023 1859


   Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC  Əməliyyatlar üzrə menecer (Kargo üzrə) vakansiyasını açıq elan edir :         

     

   Əməliyyatlar üzrə menecer (Kargo üzrə)

 

 

   Vəzifə öhdəlikləri:

 

  • Əməliyyatların vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
  • İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
  • Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
  • Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması
  • Müvafiq alət və üsullardan istifadə edərək layihə fəaliyyətinin qiymətləndirilməsi;
  • Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin həll edilməsi
  • Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edilməsi
  • Layihə çərçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını alınması üçün tədbirlər planı hazırlanması və tətbiq edilməsi
  • Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi
  • Gündəlik hesabatların hazırlanması və rəhbərliyə çatdırılmasını təşkil etmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

 

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (Layihə idarəedilməsində olması üstünlükdür)
  • Kargo layihələrin idarə edilməsi sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Əla ünsiyyət və təqdimat bacarığı
  • Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
  • Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;
  • Sənədlərin idarə edilməsi və layihə idarəetmə vasitələrindən istifadə etmək bacarığı.

 

 

İş şəraiti

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ; 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı ; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

 

 

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Əməliyyatlar üzrə menecer (Kargo)” qeyd etməklə CV-lərini HRdepartment@azerpost.az ünvanına göndərə bilərlər. 

 



Onlayn konsultasiya