"Azərpoçt" MMC vakansiya elan edir
30.08.2023
1585
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC Layihələr üzrə analitik vakansiyasını açıq elan edir :
Vəzifə öhdəlikləri:
-
Layihələrin gedişatına nəzarət edilməsi və iş axınını yolunda saxlamaq üçün komanda üzvlərinin koordinasiyası;
-
KPI-ları yerinə yetirmək üçün layihənin bütün proseslərinin ümumi idarə edilməsi;
-
Performansı optimallaşdırmaq üçün layihə məlumatlarını təhlil etmək və fikirlər hazırlamaq.
-
Vaxt qrafikini izləməklə layihələrə davamlı olaraq nəzarət edilməsi, mərhələlərin gedişatının və keyfiyyətinin qiymətləndirilməsi, zəruri hallarda risklərin azaldılması üzrə təkliflərin verilməsi;
-
Layihələrin sənədləşmə prosesinin standartlara uyğun hazırlanması və həyata keçirilməsi;
-
Layihə ilə bağlı təqdimatların hazırlanması, görüşlərin təşkil edilməsi və bu təqdimatların layihənin maraqlı tərəflərinə çatdırılması;
-
Digər layihə qrupları ilə koordinasiyanın həyata keçirilməsi;
-
Layihələrlə bağlı hesabatlar, arayışlar və məlumatların hazırlanması;
-
Layihə xərclərinin izlənməsi və lazımi məlumatların təqdim edilməsi.
Vəzifə üzrə tələblər:
-
Ali təhsil (Analitika vəya Layihə idarəedilməsində olması üstünlükdür)
-
Layihələrin idarə edilməsi sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
-
PMP, PMI-ACP, CAPM və ya sahə üzrə digər sertifikatları olan namizədlərə üstünlük verilir;
-
Agile metodologiyalarından (Scrum) üzrə biliklər
-
Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
-
Yüksək səviyyədə MS Office proqramlarında (xüsusilə, MS Excel, MS Power BI və MS Power Point, Visio) işləmək bacarığı,
-
Əla ünsiyyət və təqdimat bacarığı
-
Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
-
Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;
-
Sənədlərin idarə edilməsi və layihə idarəetmə vasitələrindən istifadə etmək bacarığı.
İş şəraiti
-
5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
-
Korporativ nömrə ilə təmin olunma ;
-
Bazar rəqabətli əmək haqqı ;
-
İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Layihələr üzrə analitik” qeyd etməklə CV-lərini HRdepartment@azerpost.az ünvanına göndərə bilərlər.