2021-ci ilin avqustun 26-da Abican şəhərində imzalanmış Ümumdünya Poçt İttifaqının (ÜPİ) Aktlarına Azərbaycan Respublikasının qoşulması barədə məlumat.


20.11.2023 960


Ümumdünya Poçt İttifaqının (ÜPİ) ali orqanı olan Konqres sonuncu dəfə 2021-ci ilin avqust ayında Abican şəhərində (Kot Divuar) keçirilmiş və ÜPİ aktlarına dəyişiklik və əlavələr müzakirə edilərək üzv-ölkələr tərəfindən səs çoxluğu ilə qəbul edilmişdir.
 
 
ÜPİ Aktları  Konqresdə qəbul edilib imzalandıqdan sonra qısa müddət ərzində bu Aktların üzv-ölkələr tərəfindən ratifikasiya, bəyənilmə və ya qoşulma formasında qəbul edilməsi tövsiyə olunur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən isə beynəlxalq sənədlərin təsdiqi və qoşulma haqqında Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  95-ci maddəsinin I hissəsinin 4-cü bəndini, rəhbər tutaraq qərara almışdır ki, Azərbaycan Respublikası 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol”una, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”una  və “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na Azərbaycan Respublikasının ona dair bəyanatı ilə qoşulsun. 
 
 
Bu dəyişiklik və əlavələr müvafiq olaraq üzv-ölkələr arasında poçt əlaqələrinin qurulması və tənzimlənməsinin ümumi prinsiplərini, ÜPİ Orqanlarının fəaliyyətinin təşkili, Orqanların vəzifə və səlahiyyətləri və onlar arasında arasında qarşılıqlı əlaqələrin prinsip və prosedurlarını müəyyən edir, həmçinin üzv-ölkələr arasında məktub və bağlama poçtunun qarşılıqlı mübadiləsinin qaydaları, poçt xidmətlərinin növləri, göndərilməsinə icazə verilən və qadağan olunan malların təsnifatı, poçt xidmətlərinin tarifləri, poçt göndərişlərinin itki və oğurluq halları ilə bağlı ölkələrin məsuliyyəti, poçtun göndərilmə və daşıma qaydaları, ölkələr arasında beynəlxalq poçt mübdiləsinə görə hesablaşma qaydaları və tarifləri və s. məsələlərlə bağlı hüquqi prinsipləri müəyyənləşdirir.


Onlayn konsultasiya